Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı keçmiş komandanı Rüstəm Muradova general-polkovnik hərbi rütbəsi verilib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd edək ki, Rüstəm Muradov hazırda Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinin komandanı vəzifəsini tutur.