Rusiya müharibə başlayandan bu günə Ukraynada 140 min 460 hərbçisini itirib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Qərargahı yayıb. 

Məlumatda bildirilir ki, son sutkada Rusiyanın 690 hərbçisi məhv edilib.

Həmçinin Rusiyaya aid 3296 tank, 6517 zirehli maşın, 2012 operativ-taktiki PUA, 466 reaktiv yaylım atəşi sistemi, 2306 artilleriya sistemi, 239 hava hücumundan müdafiə sistemi, 298 təyyarə, 287 helikopter, 5167 avtomobil və tanker, 219 xüsusi texnika sıradan çıxarılıb.