Çin Rusiyanın G20 sammitindən uzaqlaşdırılmasının əleyhinədir.
Bunu Çinin xarici işlər naziri Van İ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
“Biz Rusiyanın G20 və digər beynəlxalq platformalarda olmasını dəstəkləyirik. Rusiyanın belə platformalarda iştirak hüququnu əlindən almağa haqqımız yoxdur”, - deyə nazir bildirib.
Xatırladaq ki, İndoneziyanın Bali adasında keçirilən G20 sammiti çərçivəsində iki ölkənin xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.