Rusiyada xarici vətəndaşlığı olan şəxslər də hərbi xidmətə cəlb olunacaqlar.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq fərman Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Qərar dinc dövrdə xarici dövlətin vətəndaşlığına və ya yaşayış icazəsinə, eləcə də xarici dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənədə malik olan vətəndaşların hərbi xidmət keçməsinə icazə verir.