Rusiyada Murmansk vilayətinin Oleneqorsk rayonunda qar uçqunu olub, qarın altında on beş nəfərin qaldığı ehtimal edilir.

Bu barədə “TASS”a Oleneqorskun rəhbəri Oleq Samarski bildirib.

“İlkin məlumata görə, qarın altında 15 nəfərdən ibarət turist qrupu qalıb. Onların hansı yolla getdikləri hələ bəlli deyil. Xilasedicilər ərazidə işləyirlər”-deyə o bildirib