Rusiya Xarici İşlər Nazirliyi 29 noyabr-6 dekabr tarixlərində Qahirədə keçiriləcək Strateji Hücum Silahlarının Qadağası Müqaviləsi (START-3) üzrə məsləhətləşmələrin tarixinin dəyişdirildiyini bildirib.

Bu arada ABŞ Dövlət Departamentinin rəsmisi CNN televiziyasına danışaraq bildirib ki, Vaşinqton ilk fürsətdə START-3 üçün Moskva ilə danışıqlara hazırdır.

"Rusiya tərəfi Vaşinqtona danışıqları birtərəfli qaydada təxirə saldığını və yeni tarixlər təklif edəcəyini bildirib. ABŞ danışıqları ən qısa zamanda aparmağa hazırdır".

Qeyd edək ki, Rusiya Qahirədəki görüşlərin təxirə salınmasının səbəbi barədə məlumat verməyib.