“Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) həmtəsisçisi kimi, regionun iqtisadi inkişafında göstərdiyi səylərə sadiqdir”.

Bunu QDTİB-in Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifov bildirib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyanın qida təhlükəsizliyinə təhdid yaradıb:

“Müharibə Qara dənizdə logistika problemlərinə səbəb olub. Beynəlxalq maliyyə institutları bununla bağlı vəziyyəti qiymətləndirməli və analiz etməlidir”.

O əlavə edib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı yeni növ koronavirus pandemiyasının çətinliklərindən uğurla keçib.