Rusiya qış mövsümündən Ukraynaya qarşı silah kimi istifadə edir.

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun baş katibi Stoltenberq deyib.

O qeyd edib ki, Rusiya Ukraynanın elektrik şəbəkəsinə, qaz infrastrukturuna və əhali üçün əsas xidmətlərə hücumu davam etdirəcək.

"Ukraynanın enerji infrastrukturuna hücumların həyata keçirilməsi prezident Putinin hazırda qış fəslindən istifadə etməyə çalışdığını göstərir", - Stoltenberq qeyd edib.