"Təbii qazın tədarükü və emalı da daxil olmaqla, qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlarımız var. Rusiya, Qazaxıstan və Özbəkistanın Sovet İttifaqından bəri vahid qaz nəqli sisteminə malikdir”.

Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada keçirilən “4-cü Rusiya-Çin Enerji Ticarət Forumu”nda deyib.

"Qiymət artımı ilə bağlı son məhdudiyyətlər və qərarlar enerji qaynaqlarının tədarükü və investisiyada problemlər yaradaraq, sənayenin fəaliyyəti üçün böyük risklər yaradır. Və bu Qərb ölkələrinə də təsir edəcək.”

Qərb ölkələrinin avadanlıq və texnologiya tədarükünü qadağan etdiyini xatırladan Novak əlavə edib ki, enerji qaynaqlarının daşınmasına, sığortaya, ödənişlərə, maliyyələşdirməyə müdaxilə etməklə öz qaydalarını tətbiq edirlər.

Rusiya limanlarından Çinə dəniz yolu ilə neft daşımalarının artdığını vurğulayan Novak, Rusiyanın Çinin aparıcı neft tədarükçüləri arasında ikinci yerdə qərarlaşdığını deyib.