“Rusiya ordusunun Xersondan geri çəkilməsi Ukrayna hərbçilərinin inanılmaz cəsarətini, həmçinin bizim davam edən dəstəyimizin döyüş meydanında fərq yaratdığını göstərir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O, qeyd edib ki, Rusiya ordusunu zəif hesab etməklə səhvə yol vermək olmaz.

"Biz eyni zamanda, Rusiya qüvvələrini zəif hesab edərək səhv etməməliyik. Rusiya Silahlı Qüvvələri döyüş imkanlarını özündə saxlayır və şəxsi heyəti çoxsaylıdır. Rusiya artıq əhəmiyyətli itkilər verməyə hazır olduğunu nümayiş etdirib. Biz həm də onların Ukraynada törətdikləri ifrat vəhşiliyi görmüşük", - deyə Baş katib bildirib.

NATO rəhbərinin sözlərinə görə, qarşıdan gələn aylar çətin olacaq: "Putinin məqsədi Ukraynanı soyuqda saxlamaq, qaranlığa qərq etməkdir. Ona görə də biz yardımımızı davam etdirməli, bu xətdə qalmalıyıq".