Rusiya Müdafiə Nazirliyi hərbçilərin istifadə edəcəyi “Kosmos-2564” peykini Pletesk Kosmik Bazasından orbitə çıxarıb.

İqtisadiyyat.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən açıqlamada Rusiyanın Arxangelsk vilayətindəki Plesetsk Kosmik Bazasından Soyuz 2.1b raketi ilə buraxılan "Kosmos-2564" adlı peykin uğurla orbitə çıxarıldığı bildirilib.

Qeyd edək ki, Rusiya sonuncu dəfə noyabrın 2-də Plesetsk Kosmik Bazasından hərbi peyk buraxmışdı.

Məhəbbət Məmmədov