İyunun 23-də Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyası çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, rəhbər vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdovla görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Görüşdə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə məsələlər müzakirə edilib.