İstanbul Hava Limanı gündə orta hesabla 1485 uçuşla Avropanın ən işlək hava limanı, trafik həcminə görə isə dünyanın 7-ci hava limanı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

15-21 iyul dövrünə aid hava trafiki statistikasına görə, Türkiyə gündə orta hesabla 3 min 959 uçuşla Avropada ən çox trafikə sahib ölkələr arasında 6-cı olub.

 

Gözəl Həşimova