"American Airlines Group"un bu ilin ikinci rübündə gəliri rekord səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Şirkət bildirib ki, ötən rübdə xalis gəlir 717 milyon dollar və ya hər səhmə görə 1,01 dollar olub. Bu göstərici ötən ilin eyni dövründə isə 1,34 milyard dollar və ya hər səhm üçün 1,88 dollar olub.

Bu dövrdə aviaşirkətin rüblük gəliri 2% artaraq rekord səviyyəyə - 14,33 milyard dollara çatıb.

Məlumata görə, şirkətin xalis mənfəəti isə demək olar ki, 50% azalıb.

 

Gözəl Həşimova