Raketin Polşanın cənub-şərqindəki kəndinə düşməsi ilə bağlı insident Rusiya tərəfinin təxribatı nəticəsində baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuz Moravieski deyib.

"Biz istisna edə bilmərik ki, Ukraynanın sərhədə yaxın infrastrukturunun atəşə tutulması belə bir vəziyyətin yarana biləcəyi ümidi ilə qəsdən edilmiş təxribatdır", - o,  Polşa parlamentində bildirib.

Qeyd edək ki, Polşanın Ukrayna ilə sərhədinə yaxın yerləşən şəhərlərindən birinə raket düşməsi nəticəsində iki nəfər həlak olub.