Dünyada 3 milyard oyunçuya çatan oyun sənayesinin bazar həcmi 195 milyard dollara yüksəlib.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki,  texnologiyanın inkişafı və pandemiyanın təsiri ilə qlobal oyun bazarı rekord səviyyədə böyüyüb.

Qlobal oyun bazarının ən böyük hissəsini mobil oyunları təşkil edir. Bundan sonra isə müvafiq olaraq PC və konsol oyunları gəlir. Məlumata görə, 2023-2028-ci illərdə sektorun 8 % böyüyəcəyi proqnozlaşdırılır.