Qlobal maliyyə aktivlərinin həcmi 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə - 4% azalaraq 255 trilyon dollara enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq konsaltinq şirkəti "Boston Consulting Group" araşdırma aparıb.

Araşdırmaya görə, ötən il qlobal maliyyə aktivləri son 14 ildə ilk dəfə azalıb. Bu da Şimali Amerika və Avropa ölkələrinə ciddi təsir göstərib. Lakin Asiya-Sakit Okean regionu, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrində isə maliyyə rifahı artmaqda davam edib.

Məlumata əsasən, azalmaya inflyasiyanın sürətli artımı, yüksək faiz dərəcələri, eləcə də Ukraynadakı vəziyyət fonunda fond bazarının zəif göstəriciləri səbəb olub.