Qızılın qiyməti cüzi artıb. Buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin iclasından əvvəl ABŞ dollarının bir qədər zəifləməsi olub.

Bunu birjaların məlumatları göstərir.

Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,15 %, yaxud 2,6 dollar artaraq 1 unsiyası 1680,8 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,65% bahaıaşaraq 1 unsiyası 19,483 dollar təşkil edib.

Xatırladaq ki, ABŞ dollarının indeksi 0,09 % azalaraq 109,64 bənd təşkil edib.