Avropa və ABŞ-də müdafiə şirkətlərinin səhmləri İsrail və HƏMAS arasında müharibə fonunda kəskin şəkildə artıb.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, İsveçin təyyarə istehsalçısı "Saab"ın səhmləri İsrail və HƏMAS arasında müharibə fonunda 8,6% artıb.

Oktyabrın 9-a keçirilən ticarət zamanı helikopter istehsal edən İtaliyanın "Leonardo" və tank istehsal edən Almaniyanın "Rheinmetall" şirkətlərinin səhmləri isə 4,5%-dən çox artıb.

 

Gözəl Həşimova