Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətini başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 mln. avro məbləğində kredit vəsaiti ayırıb.

Bunu "QDTİB Dəyişən Dünyada Şaxələndirilmiş və İnnovativ Azərbaycan İqtisadiyyatının Dəstəklənməsində rolu" adlı konfransda çıxış edərkən maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bununla yanaşı bank yerli maliyyə bazarlarının inkişafinda da iştirak edir.

"2019-cu ildə Bakı Fond Birjasında QDTİB-in korporativ istiqrazları üzrə hərrac keçirildi və cəlb edilən vəsaitin Azərbaycandakı özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulur. Bununla da QDTİB Azərbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu oldu",- deyə nazir qeyd edib.