Qazaxıstan iqtisadiyyatı bu ilin yanvar-iyul aylarında 4,8% böyüyüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli İqtisadiyyat naziri Alibek Kuantirov hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, nəqliyyat, təhsil, ticarət, kənd təsərrüfatı və sənaye sektorlarına investisiya axını artıb. Belə ki, əsas kapitala investisiyanın artım tempi 12,4% təşkil edib.

Əlavə edək ki, ölkədə ötən il iqtisadi artım 3,1% təşkil edib.

 

Gözəl Həşimova