Qazaxıstan hakimiyyəti Türkiyə ilə ticarət zamanı gömrük nəzarəti üçün tələb olunan vaxtı azaldacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq qanunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev imzalayıb.

Saziş Qazaxıstan və Türkiyə arasında gömrük nəzarətinin səmərəliliyini artırmaq və tələb olunan vaxtı azaltmaq məqsədi daşıyır. Yeni qanunda iki ölkənin hökumətləri arasında informasiya mübadiləsinin təşkili haqqında sazişin ratifikasiyası da nəzərdə tutulub.

 

Gözəl Həşimova