Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, namizədlər arasında "Qarabağ"ın futbolçusu Marko Yankoviç də var. Monteneqrolu yarımmüdafiəçi "Gent"ə qarşı keçirilən matçda (1:0) assistlə yadda qalıb.

Digər namizədlər "Fiorentina"dan Luka Yoviç, "Trabzonspor"dan Mahmud Trezeqe və AEK-dən Anxel Qarsiyadır.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.