İyulun 5-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. V.Putin Rusiyanın Azərbaycan-Ermənistan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.