Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı saxta xəbərlər yayan vətəndaşları üçün qanunu təsdiqləyib. 

İqtisadiyyat.az RİA Novostiyə istinadən xəbər verir ki, Putin aprel ayında qəbul edilən Rusiya vətəndaşlığı qanununa vətəndaşlığın ləğvi və buna qarşı cinayətləri ümumiləşdirən düzəlişlər paketini təsdiqləyib. Qanuna əsasən, Rusiya ordusu haqqında “saxta xəbərlər” yaymaqda və ya ordunu “diskreditə etməkdə” təqsirli bilinən şəxslərin vətəndaşlığı ləğv edilə bilər. “Rusiyanın ərazi bütövlüyünü pozmağa” çağırış edənlər və “arzuolunmaz” təşkilatlara mənsub olanlar da Rusiya dövləti tərəfindən vətəndaşlıqdan məhrum edilə bilər.