Polşanın baş naziri milli təhlükəsizlik və müdafiə işləri üzrə komitənin təcili iclasını çağırıb.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü "Twitter"də bildirib.

Müdafiə, daxili işlər, ədliyyə və xarici işlər nazirliklərinin rəhbərlərindən, habelə kəşfiyyat xidmətlərinin direktorlarından ibarət komitə milli təhlükəsizlik və müdafiə ilə bağlı qərarlar hazırlayan və əlaqələndirən orqandır.

Komitənin nəyi müzakirə edəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Rusiya Ukraynanın bütün şəhərlərini və enerji obyektlərini vurub, ən azı bir nəfər ölüb. Təxminən doqquz ay davam edən müharibənin ən ağır raket zərbələri dalğası elektrik enerjisində geniş fasilələrə səbəb olub.