“Politico” jurnalı yazıb ki, ABŞ Rusiya neftinin tavan qiyməti ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinə təzyiq edir.


İqtisadiyyat.az xəbər verir ki, yüksək qiymət tavanını dəstəkləyən bir ölkənin yüksək səviyyəli diplomatına əsaslanan Politico jurnalının xəbərinə görə, ABŞ Rusiya neftinin tavan qiyməti üçün Aİ ölkələrinə təzyiq edir.


Jurnalla danışan diplomat, "ABŞ tərəfindən həm Aİ, həm də milli səviyyədə neftin tavan qiyməti tətbiq etmək üçün bizə təzyiq var" deyib və əlavə edib ki, "həyati maraqlar təhlükə altındadır".


Bundan əvvəl Wall Street Journal öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ və müttəfiqləri Rusiya neftinin qiymətinin bir barel üçün 60-70 dollar arasında həddini nəzərdən keçirir.

Bloomberg həmçinin Brüsselin 65-70 dollarlıq tavan qiymətini nəzərdən keçirdiyini açıqlayıb. Bundan əlavə, Politico mənbələri qeyd edib ki, Aİ ölkələrinin əksəriyyəti Avropa Komissiyasının Rusiya nefti üçün tövsiyə etdiyi 65-70 dollar/barel tavanını qəbul edib.


Kremlin sözçüsü Dmitriy Peskov daha əvvəl bəyan etmişdi ki, Moskva bu məhsulları Rusiya neft və qazına tavan qiymətlər tətbiq edən ölkələrlə ticarət etməyəcək.