“Çinin nüvə silahlarının modernləşdirilməsi davam edərsə, Pekində 2035-ci ilə qədər 1500 nüvə başlığı ola bilər”.
İqtisadiyyat.az xəbər verir ki, bu ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinin hərbi gücünə dair illik "Çinin Hərbi Gücü Hesabatı"da deyilib.
Hesabatda Çinin nüvə modernləşdirmə prosesini 2035-ci ilə qədər tamamlamağı hədəflədiyi ifadə edilib: 
"Çin nüvə tutumunu artırmaqda indiki sürətini davam etdirsə, Xalq Qurtuluş Ordusu 2035-ci ilə qədər 1500-ə yaxın nüvə başlığı yerləşdirmiş olacaq".

Məhəbbət Məmmədov.