Əslində yeniliklərdən danışanda  mən bankın yeni rəhbəri kimi əsas borcum ondan ibarətdir ki,  təsisçilər tərəfindən ən əsas prioritet strateji dövrdə 3 illik strategiya inkişaf planımız var.  Komanda ilə birgə icra edilməsi əsas məqsəddir.

Bunu “PAŞA Bank”-ın idarə heyətinin sədri Cavid Quliyev bankın fəaliyyət göstəriciləri ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki,bu il  çağırışlar çoxalıb. İlkin səbəb təbii ki, Rusiya və Ukrayna arasında hərbi münaqişədir və burada bizim rolumuzu, bu faktoru nəzərə almalıyıq ki, Azərbaycanla Rusiaya arasında  iqtisadi ticarət əlaqələri çox sıxdır ona görə də  idxal istərsə də ixrac sahəsində biz öz müştərilərimizə stabil, sabit mühit yaratmalıyıq ki, bankdan  gözlənilən  kreditlərdən tutmuş beynəlxalq ödənişlərə qədər  onlara fasiləsiz  keyfiyyətli  xidmət təmin edilsin. İl ərzində əsas hədəf bu olacaq. İdarə heyəti diqqətli yanaşır o səbəbdən əsas fokusumuz bu istiqamətdə olacaq.