Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində aralarında Azərbaycan vətəndaşları yoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun yaydığı məlumatda deyilir.​​​​​​

“İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Xəsarət alanların 50 nəfəri ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda müalicə alan 31 yaralı var. Onlardan 8-i xarici vətəndaşlardır. Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur”, konsulluqdan bildirilib.