Pakistan Talibanı (Tehrik-i-Taliban Pakistan) hökumətlə atəşkəsə son verdiyini elan edib və ümummilli hücum əmri verib.


İqtisadiyyat.az xəbər verir ki, Pakistan Talibanı iyun ayında hökumətlə razılaşdırılmış atəşkəsi ləğv edib və döyüşçülərə ölkə daxilində hücumlar təşkil etməyi əmr edib.


Təşkilatın açıqlamasında deyilir: "Mücahidlərə qarşı hərbi əməliyyatlar müxtəlif bölgələrdə davam etdiyi üçün, ölkənin harasında olursunuzsa olun, hücumlar həyata keçirməyiniz mütləqdir".