Türkiyəli tanınmış iş adamı Harun Reşit Canın Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Harun Reşit Canın vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək biznesmenin Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, türkiyəli iş adamının Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, türkiyəli iş adamı Harun Reşit Can Türkiyə və Azərbaycanda bir çox biznes fəaliyyəti ilə məşğuldur. Onların sırasında paytaxtımızda fəaliyyət göstərən Hasbi Meyhane və Uffo Baku da var.

İş adamı ötən ilin avqustunda Bakıda özünə təmtəraqlı doğum günü qeyd etməsi ilə yadda qalıb.