Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransada azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücumu qətiyyətlə pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tvitterdə paylaşım edib.

“Biz Fransa dövlət orqanlarını cinayətkarları cinayət məsuliyyətinə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırırıq”, - paylaşımda deyilir.

Qeyd edək ki, Fransada Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşları çəkiliş apararkən hücuma məruz qalıblar.