Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 35 505.18 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 1,1% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Son bir ildə ölkə üzrə ixrac 7,2% azalaraq 24 354.57 milyon ABŞ dolları təşkil edib. Əksinə, idxal isə 25,7% artaraq 11 150.61 milyon ABŞ dollarına yüksəlib.

Xarici ticarət dövriyyəsinə 13 203.96 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 24% az olub.

 

Gözəl Həşimova