Azərbaycana bu ilin yanvar-oktyabr aylarında kakao idxalı 88,1 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkənin kakao idxalına çəkdiyi xərc ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan 7,1 milyon dollarlıq kakao ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon dollar azdır.

 

Gözəl Həşimova