Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 60,1 milyon dollar dəyərində ət idxal edib ki, bu da illik müqayisədə 8,2 milyon dollar çoxdur.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 30,2 min ton ət idxal edilib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,48%-ni təşkil edib.

 

Gözəl Həşimova