Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında 34,4 milyon ABŞ dolları məbləğində 54,1 min ton alma ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,5 milyon dollar çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 25,8 milyon ABŞ dolları dəyərində 39,8 min ton alma ixrac edib.

 

Gözəl Həşimova