Azərbaycanda bu ilin yanvar-iyul aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 130,9 milyon manatlıq məhsul istehsal olunub.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfə artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,2% azalıb. 

Dövr ərzində stolüstü kompüterlərin istehsalı 3,5 dəfə, ölçmə cihazlarının istehsalı 2,2 dəfə artıb.