Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı təsərrüfatlarda 1 736,1 min ton buğda istehsal olunub.

Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 7,9% azalıb.

Hesabat dövründə 543,4 min hektar sahədə buğda əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 5% azdır.

Cari ilin ilk səkkiz ayında buğda yığımında məhsuldarlıq 31,9 sentner təşkil edib. Bu, 2021-ci ilin yanvar-avqust aylarının göstəricisindən 1 sentner və ya 3% azdır.