Bu ilin yanvar-may aylarında Azərbaycandan 47,4 milyon dollar dəyərində 7,7 min ton fındıq ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin fındıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon dollar azalıb.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 3.76% təşkil edib.

 

Gözəl Həşimova