Bu ilin yanvar-may aylarında Azərbaycandan 26,5 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixracın dəyəri ötən ilin eyni ayları ilə müqayisədə 1.1 milyon dollar azdır.

Bu məhsul kateqoriyası üzrə ölkəyə idxalın dəyəri 36,5 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 962,1 min dollar çoxdur.

 

Gözəl Həşimova