Azərbaycanla Türkmənistan arasında bu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 203 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 48,3% azdır.

Hesabat dövründə Azərbaycan Türkmənistandan 171 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 32 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova