Bu ilin yanvar-may aylarında Azərbaycan 18,2 milyon dollar dəyərində 57,6 min ton qarğıdalı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 2,6 milyon dollar çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,25%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni aylarında Azərbaycan 15,5 milyon dollar dəyərində qarğıdalı idxal edib.

 

Gözəl Həşimova