Bu ilin yanvar-may aylarında Azərbaycan 108,5 milyon dollar dəyərində 86 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni ayları ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 17,1 milyon dollar artıb.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycandan 91,4 milyon dollar dəyərində 78 min ton pomidor ixrac edilib.

 

Gözəl Həşimova