Bu gün “Konkret.az” saytının fəaliyyətə başlamasının növbəti ildönümüdür.

İqtisadiyyat.az xəbər verir ki, xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.

Konkret.az 2019-cu ilin iyulun 2-də fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Saytın baş redaktoru tanınmış jurnalist Fadil Paşayevdir.

www.konkret.az domeni ilə fəaliyyət göstərən sayt vasitəsilə gün ərzində Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən ən son xəbərlər oxuculara çatdırılır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar, eləcə də şou və əyləncə xəbərləri geniş oxucu kütləsinə təqdim olunur.

Konkret.az qısa müddət ərzində operativliyi və dəqiqliyi ilə geniş oxucu auditoriyası toplayıb.

Onlayn media subyekti gün ərzində obyektiv və operativ şəkildə dərc etdiyi informasiyalarla minlərlə oxucunun görüşünə gəlir. 

İqtisadiyyat.az kollektivi “Konkret.az”dakı həmkarlarını təbrik edir, onlara yaradıcılıq uğurlar arzulayır!