Çin may ayında Rusiyadan 1,77 min tondan çox mal əti idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatında deyilir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 56% artıb. Dəyər baxımından bu məhsulların tədarükü 9,21 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova