Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib.

İqtisadiyyat.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, GSM Assosiasiyası 2023-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə dünya əhalisinin 99 %-nin mobil internetə qoşulması üzrə göstəriciləri əhatə edir.

Hesabata görə, ölkəmiz ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə artım deməkdir.

Eyni zamanda 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib.