Bu ilin yanvar-may aylarında Azərbaycan 27,7 milyon dollar dəyərində 35,3 min ton xurma ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 13 milyon dollar çoxdur.

Hesabat dövründə xurma ixracı Azərbaycanın ümumi ixracının 0,25 %-ni təşkil edib.

 

Gözəl Həşimova