Azərbaycanın bu ilin yanvar-avqust aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 174,5 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,8 milyon dollar və ya 25% çoxdur.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycan şəkər idxalına 139,7 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,57%-ni təşkil edib.

 

Gözəl Həşimova