2023-cü ilin sentyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 223,89 milyon ABŞ dolları olub.

Bu barədə İqtisadiyyat.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixracın 44,9 milyon ABŞ dollarını yeyinti məhsulları üzrə ixrac, 178,9 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.